İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib
İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İETT-İstanbul Elektrik Tramvay və Tunel İdarələrindən açıqlama verilib.
Bildirilib ki, xəsarət alan sərnişinlərin müalicəsi davam edir və sağlamlıq vəziyyətləri yaxından izlənilir.
Xatırladaq ki, hadisə İstanbulda yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib. Hadisə şəhərin Avcılar bölgəsində meydana gəlib. Qəza ilə bağlı metrobus səfərləri müvəqqəti dayandırılıb.