"Taxıl təşəbbüsü"nün həyata keçirilməsi çərçivəsində sentyabrın 10-da Ukrayna ərzaq məhsulları ilə dolu daha 5 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, gəmilərin göyərtəsində ümumilikdə 90 min ton kənd təsərrüfatı məhsulu var. Gəmilər Afrika və Avropa ölkələrinə yola düşüb.
Vurğulanıb ki, “taxıl dəhlizi” işə başlayandan indiyədək 2,6 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu ixrac edilib.