Kraliça II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb və Holirud sarayına yönəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək, sentyabrın 12-də isə Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Karlın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.
Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” hərbi aviabazasına gətiriləcək.
Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.
Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.