Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu Ankarada tədbirdə deyib.“Biz Egeyin iki tərəfində qonşuluq haqlarına hörmət etməyə çalışdığımız zamanda Yunanıstan hələ qaşımağa, qaşınmağa davam edir. Başqalarının hesabına macəraya qatılsanız, keçmişdə olduğu kimi, bu gün də nəticələrini qəbullanmalısınız. Bu qonşumuz Yunanıstan üçün bir siqnaldır. Hər kəs ağlını başına yığsın, xüsusilə də Yunanıstana deyirik: Başqalarının maşası olmayın, təhriklərə davam etməyin, çünki Türkiyənin dostluğu möhkəm, qəzəbi isə vahiməlidir. Bunu ağlınızdan çıxarmayın”, - XİN rəhbəri qeyd edib.