Dubayda alıcıları özüyeriyən “ağıllı” arabalar müşayiət edəcək.
NUHÇIXAN xəbər verir ki, Dubay bələdiyyəsinin anons etdiyi “ağıllı” arabalar Əmirliklərin “Al Aweer”də yerləşən ticarət komplekslərinin birində təqdim olunacaq. Avtonom arabalar “öz alıcısını” müəyyən edə və onun ardınca getməyi bacaracaq, həmçinin alıcının iştirakı olmadan ərzaqları sərbəst avtomobilə çatdıra biləcəklər.
Dubay bələdiyyəsi, həmçinin satış yerlərində planşetlərlə bağlı layihənin anonsunu verib. Bu cihazların köməyi ilə bələdiyyə müfəttişləri meyvə və tərəvəzlərin vəziyyətini uzaq məsafədən öyrənə və bu məlumatı ölkənin limanlarından keçən ərzaq məhsullarının məlumatları ilə əlaqələndirə biləcəklər. Alıcılar, həmçinin planşetin köməyi ilə ərzaqların istehsal edildiyi ölkə, saxlanma müddəti və digər faydalı məlumatlara yiyələnəcəklər.