Rusiya qoşunları Luqansk vilayətini tərk edir, Xotomlya və Streleçya kəndlərinə yenidən Ukrayna bayrağı sancılıb
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı ilə əlaqədar Luqansk vilayətindəki dislokasiya yerlərini tərk etməyə tələsir.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri ailələri ilə birlikdə Luqansk vilayətini tərk edirlər: "Rusiya ilə sərhəd istiqamətində böyük avtomobil növbələri yaranıb”.
Məlumata görə, Donetsk və Luqansk vilayətlərində döyüşlər gedir, Xersonda isə Rusiya qoşunları təslim olmağa hazırlaşır.
Eyni zamanda Xarkov vilayətinin Xotomlya və Streleçya kəndlərində Ukrayna bayrağının dalğalandığı qeyd olunub.