Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.
Bildirilib ki, N.Paşinyan Şarl Mişelə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisə ilə bağlı məlumat verib.
Ş.Mişel regionda sülhün və sabitliyin alternativi olmadığını, gərginliyin azaldılması üçün səy göstərməyə hazır olduğunu bildirib.