Rusiya ordusu Luqansk vilayətinin Kremennaya şəhərini tərk edib.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Lakin Ukrayna Silahlı Qüvvələri hələ şəhərə daxil olmayıblar. Liman şəhəri ətrafında isə döyüşlər davam edir”, - o bildirib.
S.Qayday deyib ki, Luqansk vilayətinin işğaldan azad edilməsi Kremennaya və Svatovo şəhərlərindən başlayacaq: "Əsas zərbə həmin ərazilərdə olacaq".