Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn sammiti keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O, saat 19.30 radələrində KTMT-nin onlayn sammiti keçiriləcəyinin gözlənildiyini və vaxtın razılaşdırıldığını söyləyib.