Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilir

A- A A+

Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycana qarşı təxribat zamanı öldürülən hərbçilərin yaxınları və müxalifət nümayəndələri Milli Məclisin binasına bütün girişləri bağlamaq niyyətindədirlər.

Parlamentin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq hazırda davam edir.

Aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, müxalifət qüvvələrinin nümayəndələri iştirak edirlər.

Nümayişçilər sentyabrın 14-də səhər saat 8-dən parlament binasının bütün girişlərini bağlamaq niyyətindədirlər. Onların bəziləri parlamentin binasının yaxınlığında gecələmək qərarına gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: