“Ermənilər Qarabağdan çıxarkən ətrafı dağıdır, minalar basdırırlar”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib
“İki gün əvvəl Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik durumun nə qədər kövrək olduğunu göstərir. Azərbaycan beş bəndlik sülh sazişinə Ermənistan uzun müddət cavab verməyib. Artıq sərhədlərin müəyyənləşməsi üzrə komissiyalar yaradılıb. Ermənistan isə təxribatlarını davam etdirir. Azərbaycanın adekvat cavab verməməsi mümkün deyildi. Əgər regionda sabitlik istəyiriksə, Ermənistan sabotajları dayandırmalıdır”, - o bildirib.