İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir.
Belə ki, ölkədə hakimiyyət əleyhinə yeni etiraz aksiyaları başlayıb.
Aksiya Ermənistan parlamentinin binası yaxınlığında keçirilir.
Aksiya iştirakçıları hakimiyyəti Ermənistanın maraqlarına əməl etməməkdə ittiham edirlər. Etirazçılar “Get!” şüarları səsləndirirlər.
Qeyd edilir ki, hökumət binası yaxınlığında da etiraz aksiyası keçirilir.