Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığındakı Kiselevka qəsəbəsini əks-hücumla Rusiya hərbçilərindən azad edib.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin Regional Şurasının sədri Aleksandr Samoylenko bildirib.
"Dünən (senrtyabrın 13-də red.) vilayət mərkəzinə yaxın ərazidə yerləşən Kiselevka qəsəbəsi işğaldan azad edilib. Bu gün Ukrayna ordusunu Xerson şəhərindən ayıran yeganə yaşayış məntəqəsi şanlı Çernobayevkadır", - Samoylenko deyib.
Onun sözlərinə görə, azad edilmiş Kiselevka Xersondan 25 km məsafədə yerləşir.