“Həmişə hakimiyyətin xalqa məxsus olduğunu bəyan etmələrinə baxmayaraq, “Vətəndaş Razılaşması” fraksiyasının deputatlarından heç biri parlamentdə görünmədi. Xalq bu gün tələbini irəli sürdü, amma onlar xalqın tələbini yerinə yetirmədilər”.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunları “Ermənistan” fraksiyasından olan deputat Aram Vardevanyan feysbuk hesabında canlı yayımda bildirib.
“Deputatların xalqın tələbini yerinə yetirməkdən başqa yolu yoxdur. İkinci variant yoxdur. Bu, hər şeyi deyir”, - Vardevanyan bildirib.
Daha əvvəl Ermənistan müxalifətçi deputatları parlamentin binasına xidməti girişdən daxil olublar. “Şərəf duyuram” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, onlar orada hakim fraksiya nümayəndələrini gözləmək niyyətindədirlər.
“Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan bildirib ki, 35 deputat (müxalifətdən – red.) sənədi imzalamağa və impiçment prosesinə başlamağa hazırdır, lakin “Vətəndaş razılaşması” fraksiyasının nümayəndələrinin də 18 imzası lazımdır. O, hakim fraksiya nümayəndələrini Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan edilməsi prosesinə qoşulmağa çağırıb və əks təqdirdə onların ev ünvanlarını elan edəcəyini söz verib.