Türkiyə Milli Müdafiə Nazirliyi (MN) rəsmi “Twitter“ səhifəsində Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir:
“Bakının düşmən işğalından azad edilməsinin 104-cü ildönümü qutlu olsun. Nuri (Killigil) Paşanı və onun komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, sayğı və ehtiramla yad edir, Azərbaycan türkü qardaşlarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik”.