Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Bizlər doğma qardaşıq, “Bir millət, iki dövlət!”ik. Bakının düşmən işğalından azad olunduğunu qeyd etdiyimiz bu əlamətdar gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə qəti şəkildə qarşı çıxan Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamlayırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə edilən paylaşımda bildirilib.
Əlamətdar gün münasibətilə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun qəhrəmanlıq nümunələrinin əks olunduğu videoçarx da hazırlanıb.