Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri ölən jurnalistlərin sayı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə mədəniyyət və informasiya naziri Aleksandr Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, indiyədək Ukraynada 39 media işçisi həlak olub.
"Bu gün jurnalist olmaq həqiqəti bütün dünyaya çatdırmaq üçün canını verməyə hazır olmaqdır. Bütün ölkəmiz kimi mən də onlara sonsuz minnətdaram", - A.Tkaçenko vurğulayıb.