Türkiyənin Ərzurum vilayətində 4,9 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, sentyabrın 16-sı yerli vaxtla 23:30-da baş verən yeraltı təkanların episentri Ərzurumun Çat rayonudur. Zəlzələnin ocağı yerin 6,99 kilometr dərinliyindədir.
Yeraltı təkanların törədə biləcəyi fəsadlarla bağlı məlumat verilməyib.