Tacikistan tərəfi Dostuk kəndini minaatanlardan atəşə tutur.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik-Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Qeyd edilib ki, əvvəlki razılaşmalara baxmayaraq, atışmalar davam edir.
Qırğızıstan tərəfi məlumat verib ki, Sərhəd Xidmətinin Batken bölgəsində yerləşən bölmələri Tacikistanın hücumunu dəf edir.
Xatırladaq ki, sentyabrın 17-nə keçən gecə iki ölkə arasında başlayan toqquşmalar nəticəsində Qırğızıstanın 24 vətəndaşı ölüb, 103 nəfər isə yaralanıb.