İzmirdə baş verən yanğının söndürülməsinə xüsusi təyyarələr cəlb olunub

A- A A+

Türkiyənin İzmir vilayətində yerləşən kosmetik vasitələrin istehsal olunduğu fabrikdə güclü yanğın baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə İzmirin Torbalı rayonunda meydana gəlib.

Kimyəvi maddələrin olduğu fabrikdə yanğının təsiri ilə partlayışlar da olub. Qısa müddətdə böyüyən yanğının söndürülməsinə xüsusi təyyarələr cəlb olunub.

Hazırda bölgədə söndürmə işləri davam edir.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: