Gürcüstan polisi paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünü dağıdıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.