Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Londondakı Vestminster sarayında Böyük Britaniya kraliçası II Elizabetin tabutu önündə şəkil çəkdirib və bununla da müəyyən edilmiş qaydaları pozub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, sözügedən hadisə foto çəkilişinə qoyulan qadağanın pozulması ilə bağlı ilk hadisə olub.
II Elizabetin meyiti olan tabut Vestminster sarayında ən geniş və qədim zalda sərgilənir.