Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib.
Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb.
Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.