Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərasim Vestminster abbatlığında baş tutur.
Kraliçanın tabutu abbatlığın əsas mehrabına qoyulub.
Onu son mənzilə Kanterberi arxiyepiskopu Castin Uelbi iki min qonağın - kral ailəsinin üzvləri və dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərin iştirakı ilə yola salacaq.
Xor XVIII əsrə aid dövlət dəfnlərindəki ənənə olan İncildən sətirlər oxuyur.
Vidada Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.