Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday məlumat verib.
Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib.
Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir. Bu ilin iyulunda Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.