Kraliça II Elizabetin dəfn mərasimi dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilən dini mərasim başa çatıb.
Bu axşam kral ailəsi üçün keçiriləcək xüsusi mərasimdən sonra Kraliça Müqəddəs Georgi Kapellasının içərisindəki Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.
Qəbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.
Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.