Türkiyə ordusu Suriyanın şimalında "Barış pınarı" əməliyyatı zonasında YPG-nin (PKK-nın Suriya qanadı) 6 terrorçusunu zərərsizləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terror təzahürlərinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, PKK 1985-ci ildən Türkiyədə bir sıra terror aktları həyata keçirib. Avropa İttifaqı və ABŞ təşkilatı terrorçu qurumların siyahısına salıb.