Rusiya və Ukrayna arasında 200 əsirin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti bu addımın mühüm nailiyyət olduğunu qeyd edib.
Bundan əlavə, Ərdoğan Türkiyənin hər iki lideri bir araya gətirmək arzusu olduğunu da vurğulayıb.