Türk hərbçiləri İraqın şimalında ən mühüm terror hədəflərindən biri olan “Mehmetçik Təpəsi”ni nəzarətə götürüblər

A- A A+

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı ən mühüm hədəflərindən birini nəzarətə götürüblər. Zap vadisindəki “Mehmetçik Təpəsi” adlanan ərazinin alınması ilə təşkilatın strategiyası darmadağın edilib.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mediasına istinadla xəbər verir ki, bu təpə “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə yerləşir.

PKK-nın əsas damarlarından biri hesab olunan bu ərazi terrorçuların möhkəmləndiyi mühüm mərkəz idi.

Ərazidə bir-birinə bağlı onlarla giriş-çıxışı olan bir neçə metr uzunluğunda tunellər aşkar edilib. Bu tunellərin yaşayış yeri kimi istifadə edildiyi, bəzilərinin girişində dəmir qapıların olduğu aşkarlanıb. Aparılan araşdırma nəticəsində bu qapıların arxasında müayinə otaqlarının yerləşdiyi və yaralı terrorçuların burada müalicə edildiyi müəyyənləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: