İspaniyadakı quraqlıq su altında qalmış qədim tikililərin üzə çıxmasına səbəb olur - FOTOLAR
İspaniyanın şimal-qərbində Limia çayı üzərindəki bənd suları altında qalmış Aceredo qəsəbəsi və Roma İmperiyasından qalma qədim hərbi düşərgənin görünməsindən sonra Kataloniya bölgəsində suların çəkilməsi ilə gölməçədən tarixi monastır üzə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bölgədəki turistlər su altında qalan tarixi tikililərin baş verən quraqlıq nəticəsində ortaya çıxdığını söyləyirlər.
Bildirilir ki, əvvəllər monastırın yalnız üst hissəsi görünürdü, lakin indi bu qədim tikili tamamilə görünməyə başlayıb.