“Planetimiz və bu gün müharibənin dəhşətlərini yaşayan milyonlarla insan üçün sülh lazımdır”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Sülh Günü münasibətilə tviterdə yazıb.
O qeyd edib ki, bir çox yerdə sülh işi uğursuzluğa düçar olur.
“Sülh daha yaxşı dünya naminə hamı üçün yeganə yoldur”, - Baş katib vurğulayıb.
Qeyd edək ki, BMT-nin 1981-ci il 30 noyabr tarixli qərarı ilə Beynəlxalq Sülh Günü bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi hər il sentyabrın 21-də bu günü qeyd edir.