Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də səhər xalqa müraciətlə çıxış edib. O, Xerson, Donbas, Zaporojye vilayətlərində referendum keçirilməsini dəstəklədiyini bildirib.
Eyni zamanda, Rusiya Prezidenti sentyabrın 21-dən ölkədə qismən səfərbərlik elan edib.
Hərbi xidmətə ehtiyatda olan vətəndaşlar çağırılacaq.