Ölən erməni hərbçilərin valideynləri və qohumları İrəvanda, Yerablur hərbi xiyabanındakı xatirə abidəsi önünə hakimiyyət orqanları tərəfindən qoyulmuş bütün əklilləri aşıraraq abidədən kənara yığıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sputnik Armeniya” yazıb.
Bildirilib ki, ölən hərbçilərin yaxınlarını hərbi panteonun ərazisindən zorla çıxaran polisin davranışı valideynlər tərəfindən qəzəblə qarşılanıb. Belə ki, həmin hadisədə polis 30 nəfəri saxlayıb.
“Əgər bu əxlaqsızlar ölənlərin anaları ilə belə rəftar etməyə icazə verirlərsə, onların çələngləri burada olmasın. Onlar ən yaralı yerdən vurdular”, - ölən hərbçilərin birinin yaxını bildirib.
Qeyd edək ki, sentyabrın 20-də ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Müstəqillik Gününə təsadüf edən ənənəvi ziyarətlə xiyabana daxil olmasına mane olmaq üçün bütün gecəni panteonda xidmət etmək niyyətində olduqlarını bildiriblər. Valideynlərin qəzəbinə Baş nazirin kinli və yersiz hesab etdikləri bəzi açıqlamalar səbəb olub. Nəticədə Baş nazir buna baxmayaraq panteonun ərazisinə əngəlsiz daxil ola bilib.