Türkiyənin Marmaris bölgəsində meşə yanğını başlayıb

A- A A+

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda güclü meşə yanğını baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hələlik səbəbi bilinməyən meşə yanğını bölgədə əsən küləyin təsirindən sürətlə yayılıb.

Yanğının söndürülməsinə helikopterlər və yanğınsöndürən avtomobillər cəlb olunub.

Alovların təsirindən yüksələn qatı dumanın Muğlanın müxtəlif bölgələrindən yayıldığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: