Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meydana gələn yanğının şiddəti artıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hələlik səbəbi bilinməyən meşə yanğını bölgədə əsən küləyin təsirindən sürətlə yayılıb.
Alovların bölgədə yerləşən Aksaz Dəniz Baza Komandanlığına çatmaması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən açıqlamaya görə hazırda yanğının söndürülməsinə 14 xüsusi təyyarə, 35 helikopter və çox sayda yanğınsöndürən texnika, eləcə də 470-dən artıq canlı qüvvə cəlb olunub. Hadisənin aradan qaldırılması üçün yerli əhali də səfərbər olub.
Alovların təsirindən yüksələn qatı dumanın Muğlanın müxtəlif bölgələrinə yayıldığı bildirilir.