Türkiyə Balkan regionunda sülh və sabitliyin möhkəmləndirilməsi, mübahisələrin dialoq yolu ilə həlli üçün ikitərəfli və çoxtərəfli platformalarda intensiv səylər göstərir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
Sentyabrın əvvəlində region ölkələrindən Bosniya və Herseqovina, Serbiya və Xorvatiyaya səfər etdiyini xatırladan Türkiyə Prezidenti bildirib: “Bosniya və Herseqovinada seçkilərin rəvan keçməsi və Belqrad-Priştina Dialoqunda irəliləyişə nail olunması regionun sabitliyinə öz töhfəsini verəcək”.