Qazaxıstanda dövlət bayramları siyahısından İlk Prezident Günü çıxarıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Parlamenti qərar qəbul edib.
Parlamentin iclasında digər bayramlarla da bağlı düzəlişlərin edilməsi gözlənilir.
Qeyd edək ki, İlk Prezident Günü 2011-ci ildə təsis olunub və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin 1991-cı il, dekabrın 1-də prezident seçilməsi şərəfinə qeyd edilirdi.