Müharibə başlayandan indiyə kimi 802 ukraynalı əsir ölkəsinə geri qaytarılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “ukranews.com”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Təhlükəsizlik Xidmətinin rəisinin səlahiyyətlərini icra edən Vasiliy Malyukun sözlərinə görə, həmvətənlərinin həyatını xilas etmək üçün, Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı Rusiya Ali Radasının deputatı Viktor Medveçukun ukraynalı əsirlərlə dəyişdirilməsini qərara alıb və deputat özü də buna razılıq verdiyi üçün məhkəmə prokurorun vəsatətini təmin edib.
Malyuk əlavə edib ki, çox çətin keçən danışıqlar prosesinə baxmayaraq, əsirlərin dəyişdirilməsi baş tutub və nəticədə deputatla birgə digər 55 nəfər Rusiya hərbçisinin əvəzində 215 nəfər ukraynalı əsir geri qaytarılıb ki, onların sırasında “Azovstal”ın müdafiəçiləri də yer alıb. O həmçinin qeyd edib ki, ümumilikdə 20 əsir dəyişmə prosesi baş tutub və bunun nəticəsi olaraq 802 ukraynalı əsirlikdən azad edilib.