Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ərdoğan deyib ki, Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur.
Türkiyə Prezidenti qeyd edib ki, Pelosinin səfərini şişirtməyə ehtiyac yoxdur.