Rusiya-Ukrayna böhranı ilə bağlı atdığımız addımlar arasında prioritet məsələ “taxıl dəhlizi”, sonra isə əsirlərin mübadiləsi idi. Proses başlayandan indiyədək dörd milyon tondan çox taxıl yaradılan dəhliz vasitəsilə daşınıb və proses davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib: “Hazırda vacib addımlarımızdan biri də Rusiyadan gələcək taxıldır. İndiyə qədər gələnlər daha çox Ukraynaya məxsusdur. Rusiyadan ediləcək ən vacib transfer gübrədir. Proses başlayan kimi yoxsul, inkişaf etməmiş ölkələrə gübrə daşınacaq ki, bu da onları ciddi şəkildə hərəkətləndirəcək”.