Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət rejimi oktyabrın 2-dək uzadılıb

A- A A+

Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb. “Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuşlara məhdudiyyət rejimi 2022-ci il oktyabrın 2-dək uzadılıb”, - deyə məlumatda bildirilir.

Uçuşlara qoyulan müvəqqəti məhdudiyyət Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarını əhatə edir

Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: