Rusiyanın İjevsk şəhərindəki məktəbdə qətliam törədən şəxs həmin təhsil ocağının məzunudur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 26-da səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə odlu silahdan atəş açaraq 13 nəfəri qətlə yetirən şəxs həmin təhsil ocağının məzunu, 34 yaşlı Artyom Kazantsevdir.
Hazırda onun evində axtarış aparılır, neofaşist hərəkatı ilə əlaqəsi olub-olmadığı müəyyən edilir.