Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri xüsusi xidmət və kəşfiyyat orqanlarının başçıları ilə görüş keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov xəbəri təsdiqləyərək görüşün videokonfrans formatında sentyabrın 29-da baş tutacağını deyib.
Sentyabrın 30-da isə MDB təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin Moskvada müşavirəsi təşkil olunacaq.