Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində yaxın vaxtlarda hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin Şimali Osetiyanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərar “Yuxarı Lars” keçid məntəqəsində keçirilən müşavirədə qəbul edilib.
Qeyd olunub ki, Şimali Osetiyanın daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbərlərinin iştirakı ilə “Yuxarı Lars” sərhəd keçid məntəqəsində müşavirə keçirilib.
Müşavirədə Şimali Osetiyadakı “Yuxarı Lars” keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini piyada keçməyə icazə verilməsi haqqında qərar qəbul olunub.