Rusiya Prezidentinin mətbuat katibi ölkə başçısının Ukrayna ilə danışıqlara hələ də hazır olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kremlin sözçüsü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri ilə danışmaq planı barədə söylədiklərini şərh edərkən belə deyib.
D.Peskovun sözlərinə görə, Rusiya Prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hələ də hazır olduğunu bildirib. Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir. Mətbuat katibi qeyd edib ki, Prezident V.Putin söhbət zamanı Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini bildirib.