Türkiyənin Ərdahan vilayətinin Gölə rayonunda 4 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ saat 02:01-də qeydə alınıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Bildirilib ki, indiyə qədər 29 afterşok qeydə alınıb.
AFAD, 2 evin divarının uçduğunu, 3 nəfərin yaralandığını bildirdi.