Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat Qalxanı”, “Barış pınarı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı ərazilərdə təxribat və hücumlar təşkil etməyə çalışarkən zərərsizləşdiriliblər.
Qeyd edək ki, PKK yaraqlıları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları törədiblər. Nəticədə təhlükəsizlik qüvvələrinin minlərlə əməkdaşı, hərbçilər və mülki vətəndaşlar həlak olub.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.