Rusiya-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sayı son sutka ərzində 4960-a qədər azalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şimali Osetiya üzrə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Şimali Qafqaz Gömrük İdarəsinin saytında açıqlanan məlumata görə, Rusiyadan Gürcüstana gün ərzində 936 minik avtomobili və 80-dən çox ağır yük maşını buraxılıb. Rusiya Federasiyasına isə 1 099 minik avtomobili daxil olub.
Qeyd edək ki, dünən Rusiya-Gürcüstan sərhədində 5500 avtomobil sərhədi keçmək üçün növbə gözləyirdi. Onlardan 3600-nün minik avtomobili olduğu açıqlanıb.