Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Türkiyə lideri Ukraynanın Rusiya nəzarəti altında olan Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı “taxıl dəhlizi”nə bənzər razılığın əldə olunacağına inandığını bildirib.
Bundan əlavə, o, Rusiyanın Ukrayna ərazilərində keçirdiyi referendumların da danışıqlar prosesinə mənfi təsir edəcəyini vurğulayıb.