Dünya Bankı Ukraynaya dəstək üçün 11 milyard dollar göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bankın rəhbəri Devid Malpass bildirib.
“Bizim layihələrimiz və etimad fondlarımız vasitəsilə artıq Kiyevə təxminən 11 milyard dollar ayrılıb”, - bankın başçısı Stenford Universitetində keçirilən konfransda qeyd edib.
O həmçinin vurğulayıb ki, ümumilikdə, Dünya Bankı çoxtərəfli kanallar vasitəsilə Ukraynaya 13 milyard dollara yaxın təcili yardımı “səfərbər edib”.